Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər

Gündəm / Aktual
Dünən, 16:15 43

İkinci Qarabağ müharibəsi zamanı qazanılan tarixi qələbə qızıl hərflərlə istər tariximizdə, istərsədə qəlbimizdə böyük şiriflərlə qeydə alındı. Bu tarixi qələbədə iştirak edən, eyni zaman da canlarını Vətən uğrunda fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə isə möhkəm can sağlığı arzulayırıq.

Əfsüslər olsun ki, hakimiyyət daxilində hələ də şəxsi maraqlarını güdən, Vətən, torpaq anlayışı olmayan məmurlar iş başındadır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycanımız öz Müstəqilliyini əbədi qoruyacaq və buna heç bir qüvvə mane ola bilməyəcək. Bizim də üzərimizə düşən işlər layiqincə həyata keçirilir. Yəni, məmurların etimadsızlığı, rüşvətxorluğu, vəzifə səlahiyyətlərini aşma kimi faktları dərhal işıqlandırıb aidiyyəti qrumları məlumatlandırırıq. Əslində, bütün sadaladıqlarımız bir başa hər bir Azərbaycanlının vəzifə borcudur.

Bu günlərdə Göyçay şəhərində yaşanan xoşagəlməz mənzərə bizləri üzməyə bilməz. Belə ki, şəhərin giriş məkanında Vətən müharibəsində qazanılan qələbədən sonra üç ölkənin bayraqları qaldırılmış və “Qarabağ Azərbaycandır” şuarı yazılmışdır. Təəsüflər olsun ki, həmən ərazidə bayraqlar və tarixi şuar müəmmalı şəkildə yoxa çıxıb. Əslində “yoxa çıxıb” deyilən bir anlam başadüşülən deyil. Əgər adı hallanan şəhədə dövlət qrumları(bir-bir sadalamağa ehtiyac yoxdur) fəaliyyət göstərirsə, deməli heç bir izaha ehtiyac yoxdur. Apardığımız araşdırmalara görə, həmən ərazi daş bazarı deyilən yerə əlavə olunub. Necə ola bilər ki, üç dövlətin bayrağı və “Qarabağ Azərbaycandır” şuarı heç kimin məlumatı olmadan yığışdırılıb?

Fotolarda gördüyünüz fakt iki versiyadan ibarətdir. Birinci versiya ondan ibarətdir ki, Göyçay ŞİH-nin başçısı Natiq Ağayev və digər qrumlar həmən ərazini daş bazarının sahibinə satıblar. Bunun muqabilində qarşı tərəf “paket” hesabına işini həll edib. İkinci versiya isə daha maraqlı və daha məntiqli görünür. Yəni, icra başçısı N. Ağayev ona olan etimadı doğrulda bilmir və rayonda baş alıb gedən özbaşınalıqlara əncam qılmaq üçün yollar arayır.

Bütün hallarda istər dövlət məmurları, istərsə də sahibkarlar qanun qarşısında tam məsüliyyət daşıyır. Fürsətdən istifadə edib bir daha bildirmək istəyirik ki, Göyçay şəhərində üç dövlətin bayraqları və “Qarabağ Azərbaycandır” şuarı heç bir səbəb olmadan yığışdırılıb. Ona görə də məsələ bir başa yuxarı dairələrdən araşdırılmalı və lazımı tədbir görülməlidir.

Xalq.az