Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..

Gündəm / Sosial
Dünən, 16:02 20

TƏBİB-in əmrilə diş texniki vəzifəsində çalışan şəxs diş həkimi vəzifəsinə keçirilib.

18 aprel 2025-ci il tarixli 18-1/3-1-619/2025 saylı əmrlə Goranboy Rayon Mərkəzi Xəstəxanasında 23 May 2025-ilə qədər “diş texniki” vəzifəsində çalışan şəxs “diş həkimi” ştatına keçirilib.

Sözügedən əmrin fotosu var. Əmri imzalayan şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Arzu Teymurovdur , diş texniki vəzifəsindən diş həkimi vəzifəsinə keçirilən isə Ağalar Məcid oğlu Sərdarovdur.

Mövzu ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb. Amma günlərdir sorğuya münasibət bildirilmir, “aidiyyəti üzrə yönləndirilib, cavab olanda təqdim ediləcək” deyilir.

Qeyd edə ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının  direktor vəzifəsini icra edən Arzu Teymurovdur.(Teleqraf)