Binəqədi rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
Gündəm / Sosial
Bu gün, 12:59
11
Binəqədi rayonunda növbəti qanunsuz tikinti
Xalq daxil olan məlumata görə Binəqədi rayonu Mehdiabad-Novxanı yolu kənarında qanunsuz tikinti işləri aparılır.
Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Binəqədi icra hakimiyyətinin “razılığı “əsasında aparıldığı iddia olunur.
Qanunsuz tikinti ilə bağlı Binəqədi rayon icra hakimiyyətinə sorğu verilsədə heç bir cavab verilmədi.
Məsələ ilə bağlı qurumaların mövqeyini dərc etməyə hazırıq.
Həmin qanunsuz tikintinin görüntülərini təqdim edirik:(Xalq.online)