240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt

Gündəm / Aktual
Bu gün, 15:05 10

Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi? 240 Nömrəli məktəbdə nələr baş verir?

Xalq məlumat verir ki, Bakının 240 nömrəli tam orta məktəbində qeyri-qanuni fəaliyyət və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı redaksiyamıza ciddi iddialar daxil olub.

İddialara görə, məktəbin direktoru Esmira Məmmədovaya və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən nəqliyyat vasitələri – müvafiq olaraq 77 PV 515 və 77 YG 944 dövlət qeydiyyat nişanlı maşınlar – məktəb ərazisində qeyri-qanuni şəkildə saxlanılır və məktəbin xadimələri tərəfindən yuyulur. Qeyd edək ki, normativlərə əsasən, məktəb ərazisinə nəqliyyat vasitələrinin girişi tamamilə qadağandır.

Xüsusilə, Arifə Məmmədovanın məktəbdəki mövqeyindən istifadə edərək tədris prosesini sabotaj etdiyi və şəxsi işlərini məktəb işçilərinə gördürdüyü iddia olunur. Əldə edilən görüntülərdən görünür ki, tədris yükünü laboratoriyalara və digər müəllimlərə ötürərək dərslərdən yayınır, məktəbin əməkdaşlarını isə şəxsi maraqları naminə işlədirdi.

Bundan başqa, Arifə Məmmədovanın keçmiş iş yeri olan Şəmkir rayonunda da şübhəli fəaliyyətlərlə məşğul olduğu bildirilir. İddialara görə, o, 6 nəfərdən 2500-3000 manat məbləğində rüşvət alaraq onları məktəbə süpürgəçi kimi işə düzəldəcəyinə dair vədlər verib, lakin bu vədini yerinə yetirməyərək bölgəni tərk edib. Pulunu tələb edən şəxslərə isə “hazırda yoxdur, qaytaracağam” deyə aylardır süründürmə verir.

Ən diqqət çəkən məqam isə iddialara görə Esmira Məmmədovanın yaxın çevrəsinə verdiyi qalmaqallı açıqlamalardır. Belə ki, o, guya mətbuatda yayılan məlumatlara əhəmiyyət vermədiyini bildirərək, “Hesabımı vermişəm, sentyabrda yenidən direktor vəzifəmə qayıdacağam. Mətbuat nə yazır yazsın, hər şeyin qiyməti var – verirsən, işin həll olunur” kimi ifadələr işlədib.

Qeyd edək ki, məktəbin direktoru Esmira Məmmədova 1957-ci il təvəllüdlüdür amma nədənsə təqaüdə göndərilməyib. Bu mövzu isə digər mövzü ilə araşdırmasıdır.

Sual Açıq Qalır: “İctimaiyyətin gözü qarşısında baş verən bu qanunsuzluqlara “dur” deyəcək məmur tapılacaqmı?”(Xalq.online)

Yazıda adları çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.