Müraciət və Cəmiyyətin Səsi!

Gündəm / Sosial
Bu gün, 11:03 85

Bu müraciəti ölkəmizin meşə ehtiyatlarına vurulan ağır ziyan, məsul şəxslərin laqeydliyi və korrupsiya şübhələri ilə bağlı dərin narahatlıqla Sizə ünvanlayıram.
Azərbaycan Landşaft Səhmdar Cəmiyyətinə 20 ildən çox rəhbərlik edən Ramik Əşrəfovun idarəçiliyi dövründə bu sahələrdə heç bir inkişaf edən meşə örtüyü qalmayıb. Bu müddət ərzində:
Əkilən ağacların əksəriyyəti böyüməyib, hətta 3-5 yaşlı ağaclar belə quruma təhlükəsi ilə üzləşib;
Layihədə nəzərdə tutulan mineral gübrələr, suvarma və qulluq sistemləri tətbiq olunmayıb, nəticədə ərazilər məhv edilib;
Bakı-Qazax avtomobil yolu boyunca yerləşən meşə zolaqlarında yüz minlərlə ağacın məhv olduğu müşahidə olunub.
Lakin daha çox narahatlıq doğuran məsələ, Ramik Əşrəfovun bu qədər uğursuz fəaliyyətinə baxmayaraq, indi Meşələrin İnkişafı Xidmətinə rəhbər təyin olunmasıdır. Ən təəssüfli haldır ki, meşə bitkiləri və meşə quruluşu haqqında heç bir bilikə malik olmayan şəxslər meşə təsərrüfatına başçılıq edirlər. Bu da sübut edir ki, belə təyinatlar peşəkarlıqdan yox, şəxsi maraqlar əsasında həyata keçirilir.
Digər tərəfdən, Şamaxı bölgəsində – 6 saylı RMTM-nin direktoru Oqtay Mirzəyevin rəhbərlik etdiyi ərazidə vəziyyət daha pisdir. Burada:
Təbiətin özünübərpa prosesi tamamilə pozulub;
Meşə fondu qanunsuz kafe və restoranlara verilib;
Təbii gənc meşə bitkiləri və yeni nəsil fidanlar insanların gəzinti yerlərinə çevrilib, məhv edilib;
Baş meşəbəylər və rəhbərlər bu qanunsuzluqlara bilavasitə kömək edir, iştirak edir və heç bir tədbir görmürlər.Hazırki baş meşəbəyi Ramil Səfərovun problemlərə e tinasizlığı öz düzğün qiymətini almalıdır.
Buna görə də Sizdən xahiş edirəm:
Ramik Əşrəfovun keçmiş və hazırkı fəaliyyəti ciddi şəkildə yoxlanılsın;
Oqtay Mirzəyev və onunla əməkdaşlıq edən meşəbəylərin işinə hüquqi qiymət verilsin;
Şamaxı Meşəbəyliyində təbii bərpa prosesi və torpaq istifadəsi ilə bağlı xüsusi komissiya yaradılsın və yoxlama keçirilsin;
Meşə torpaqlarının qanunsuz şəkildə kommersiya məqsədilə istifadəsinə son qoyulsun və günahkarlar cəzalandırılsın.
Ümid edirəm ki, bu məsələlərə Sizin şəxsi nəzarətiniz yetərli diqqət və həll tapacaq.