Abu Dabidəki görüş, münasibətlərdə yeni mərhələnin başlanğıcıdır.
Gündəm / Sosial
17-07-2025, 18:29
2 150

Keçirilən görüşü, Ermənistanla aramızda olan münasibətlərdə yeni mərhələnin başlanğıcı, yeni səhifənin açılması kimi qiymətləndirirəm.Artıq əminəm ki, bu yaxın gələcəkdə hər iki dövlət başçısı tərəfindən aparılan son danışıqlar, özünün konkret bəhrəsini verəcəkdir.Mənə elə gəlir ki, artıq məsələ həllini tapmışdır və düşünürəm ki, yaxın günlərdə yaxşı xəbərlər eşidəcək. Yəni Ermənistanda bölgədə baş verən hadisələri analiz edə bilir və necə deyərlər daşı ətəyindən tökür.Bölgədə marağı olan ölkələrdə artıq prosesi anlayıblar. Məhz ona görədə Abu Dabidə hər iki dövlət başçısının baş tutan görüşü Zəngəzur dəhlizinin açılması, bölgə ilə bağlı məsələlərin müsbətə doğru həllinə xeyli təkan verəcəkdir.
Qürurla qeyd etmək istəyirəm ki, həmin görüşdə qalib ölkə kimi biz Müzəffər Ali Baş Komandanın, Prezidentin simasında Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı kimi çıxış etdik.Bu baxımdan Ermənistanla aramızdakı münasibətlərin normallaşması vacib amildir.Görüşdə əldə olunan razılaşmalar gələcəkdə çox ciddi addımların atılması üçün əsas verəcəkdir.Düşünürəm ki, bundan sonra Ermənistan ölkəmizlə parlalel siyasət aparmalıdır.Doğrudan da, müstəqil olmaq istəyirsə, Ermənistan Azərbaycanın atdığı siyasi addımları dəstəkləyib təkrarlamalıdır. Yəni demək istəyirəm ki,Ermənistanla Azərbaycan bölgədə bəzi məsələlərdə vahid siyasət aparacağı təqdirdə bu,hər iki ölkənin xeyrinə olacaqdır.Məhz Zəngəzur dəhlizinin Ermənistan və Azərbaycan tərəfindən birgə qorunması, yəni azərbaycanlıların gömrük və sərhəd nəzarəti olmadan keçidin təşkili Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələyə keçmə imkanı verəcəkdir.Xalqımız bu məsələni alqışlayacaqdır. Belə ki, hər iki ölkənin rəhbəri vasitəçisiz danışıqlar prinsipini əsas götürəcəksə, sülh sazişi imzalanacaqdır, məhz bu da hər iki dövlətin həm Azərbaycanın həm də Ermənistanın maraqlarına cavab verəcəkdir.Bir məqamı xüsusi diqqətinizə çatdırmaq istəyirəm ki,son görüşün Əbu-
Dabidə baş tutması bir çox cəhətlərinə görə əvvəlkilərdən seçilir, vasitəçisiz təşkil olunması isə diqqəti cəlb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın sülh müqaviləsi ilə bağlı şərtləri vardır.Həmin şərtlər mütləq yerinə yetirilməlidir.Abu-Dabidə keçirilən görüşdə Zəngəzur dəhlizinin, kommunikasiya xətlərinin açılması, sülh sazişinin paraflanması ilə bağlı razılaşmanın əldə olunduğunu nəzərə alaraq, bu prosesin davam etdiriləcəyi vurğulanır.Bəli bu müsbət tendensiyadır, lakin nəticəsi olacaqdır, yoxsa yox? Məhz buna görə Azərbaycanın şərtləri və tələbləri qəbul olunmalıdır ki,bundan sonra hansısa ciddi nəticədən danışmaq olsun.Onu da vurğulamaq istəyirəm ki, vasitəçi olmadan hər iki liderin görüşü müsbət hadisədir.
Beləliklə belə formatda, yəni vasitəçi olmadan hər iki ölkə başçısının görüşü və bunun davam etdirilməsi, münasibətlərdə yeni mərhələnin başlanğıcı olaraq müsbət nəticədir.
YAP Saatlı rayonu
15 saylı ƏPT-n sədri,
Vüqar MƏMMƏDOV