“MSDIS Holding”ölkədən nə qədər valyuta çıxarıb
Gündəm / Aktual
24-07-2025, 19:09
1 956

“MSDIS Holding” MMC valyuta əməliyyatları ilə bağlı qanun pozuntularına görə ümumilikdə 20 min ABŞ dollarına yaxın məbləğdə cərimələnib.

* 5 iyun 2023-cü ildə – 46.345,36 ABŞ dolları
* 21 iyun 2023-cü ildə – 41.993,93 ABŞ dolları
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avansla ödənilmiş valyutanın müqabilində malların və ya xidmətlərin idxal edilməməsi və vəsaitin geri qaytarılmaması) əsasında şirkətə qarşı bir neçə inzibati iş açılıb.
Məhkəmənin qərarı ilə şirkət qeyd olunan inzibati xətəni törətməkdə təqsirli bilinib və hər iki köçürmə üzrə 20% həcmində cərimə tətbiq edilib:
* 46.345,36 ABŞ dollarının 20%-i – 9.269,07 ABŞ dolları
* 41.993,93 ABŞ dollarının 20%-i – 8.398,79 ABŞ dolları
* Ümumi cərimə məbləği 17.667,86 ABŞ dolları təşkil edir.
Qaynarinfo