“Mado” restoranında müştəriləri belə aldadırlar
Gündəm / Sosial
14-08-2025, 16:49
363

Tanınmış teleaparıcı Azər Qərib “Mado” restoranlar şəbəkəsi haqda paylaşım edib.

Xalq xəbər verir ki, aparıcı sosial media hesabındakı paylaşımında “Mado”da şikayətlənib.
O qeyd edib ki, “Mado”nun menyusu ilə yeməkləri arasında fərq var:
“4 nəfərə 2 “qlazok” yumurta gətirdilər. Şəkildəki sadəcə reklamdır. Qonaqlarımın yanında utandım” deyə, A.Qərib vurğulayıb.

Xalq.online