Aybəniz İlqar da qanuni yolla ölkəyə gətirilməli və məhkəmə qarşısına çıxarılmalıdır
Gündəm / Seçilmişlər
Dünən, 14:49
239

Fransada siyasi mühacir həyatı yaşayan və Azərbaycan dövlətinin əleyhinə mütəmadi sərt çıxışlar edən, Azərbaycan hakimiyyətinə, dövlətinə böhtanlar atan araşdırmaçı-jurnalist Aybəniz İlqarla ( Sərkarova Aybəniz ) bağlı hüquq-mühafizə orqanlarında hüquqi işləmlərə başlanıldı. Qeyd edək ki, bundan öncə də Aybəniz İlqar ölkəyə dönəcəyi halda hava limanında həbs ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Xaricdə oturub dövlətimizin, vətənimizin əleyhinə çıxış edənlərin hər biri, o cümlədən Aybəniz İlqar da qanuni yolla ölkəyə gətirilməli və məhkəmə qarşısına çıxarılmalıdır.