Xırdalanda yerləşən 9 saylı məktəbdə nə baş verib ? - XOŞAGƏLMƏZ HADİSƏ
Gündəm / Seçilmişlər
Bu gün, 19:19
50

Xırdalan şəhərində yerləşən 9 saylı məktəbdə xoşagəlməz hadisə baş verib. Məktəbin yuxarı sinif şagirdi (qız) özünü ikinci mərtəbədən atıb. Hadisədən dərhal sonra o, xəstəxanaya aparılıb. Xoşbəxtlikdən, vəziyyəti ağır deyil və ciddi xəsarət almayıb, yalnız dabanından zədə alıb. Gün ərzində məktəblə əlaqə saxlayaraq hadisə ilə bağlı mövqe öyrənmək istəsək də, buna nail ola bilmədik.
Redaksiyamıza daxil olan digər məlumata görə, məktəbin yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti olduqca zəifdir. Mənbə bunu direktor Şahin Yusifovun şagirdlərə yaratdığı “xüsusi” şəraitlə əlaqələndirir. Yenifikir.media-ya danışan həmin şəxs bildirib ki, hazırlıqlara görə şagirdlər dərsə demək olar gəlmirlər. Onun sözlərinə görə, müəllimlər də bu vəziyyətdən narazıdır və “boş otururuq, dərs keçmirik” deyə şikayətlənirlər.
Qeyd edək ki, hazırda 9 saylı məktəbin direktoru olan Şahin Yusifov əvvəllər Xırdalanın 5 saylı məktəbinə rəhbərlik edib. O, işində yol verdiyi ciddi nöqsanlara görə həmin vəzifədən uzaqlaşdırılmışdı.(Yenifikir.media)
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.