Azərbaycan Memarlıq və İnşaat Universitetində 798 min manatı görün nəyə xərcləmək istəyirlər

Gündəm / Sosial
Bu gün, 14:53 23

Azərbaycan Memarlıq və İnşaat Universiteti 2026-cı il üçün bir sıra satınalmalar üzrə tenderlər elan edib.

Mühafizə xidməti üçün universitet aylıq olaraq 1 xidmət rəisi, 9 gündüz və 8 gecə mühafizəçi, habelə yataqxana mühafizəçilərindən ibarət personalın təminatını planlaşdırır. Ehtimal olunan qiymət 349.185,60 AZN təşkil edir.

Bundan başqa, universitet sair torpaq tikili və avadanlıqlar, o cümlədən dolablar, konsollar, iclas və iş masaları, işçi kresloları və digər ofis mebellərinin alınmasını planlaşdırır. Bu tenderin ehtimal olunan qiyməti 55.490,00 AZN-dir.

Həmçinin, universitet maşın və avadanlıqlar üzrə satınalma həyata keçirəcək. Bu çərçivədə Notebook i5, Komputer i7 və i5, soyuducu, universal dülgər avadanlığı, rəqəmsal tam rəngli surətçıxaran printer, scaner və çap avadanlığı alınacaq. Bu satınalmanın ehtimal olunan qiyməti 393.659,80 AZN-dir.

Yəni universitet üçün planlaşdırılan bütün satınalmaların ümumi ehtimal olunan dəyəri 798 min 335 AZN-dir.(32gun.az )