Budaqov Nəsimidə parkın bir hissəsini qohumuna kafe üçün ayrııb - Sakinlər narazıdır
Gündəm / Aktual
Bu gün, 16:58
16
Bakının Nəsimi rayonunda, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, 18 saylı binanın qarşısındakı istirahət parkının bir hissəsinin “MADAM KABABÇI” kafesinin fəaliyyəti üçün istifadə edilir.
Bizimesr.info xəbər verir ki, parkın bir hissəsi çəpərlənib, əraziyə daş döşənib və burada 6-7 masa yerləşdirilib. Vətəndaşlar həmçinin kafedə kabab bişirilərkən yaranan tüstü və qoxudan, eləcə də ağaclara elektrik naqillərinin bağlanmasından narazıdırlar.
VİDEO LİNKDƏ: https://bizimesr.info/az/post/budaqov-nesimide-parkin-bir-hissesini-qohumuna-kafe-ucun-ayriib---sakinler-narazidir-23721
Sakinlər məsələ ilə bağlı dəfələrlə Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, lakin problemin həll olunmadığını bildirirlər. Parkın hansı hüquqi əsasla kafe fəaliyyəti üçün istifadə edildiyi, müvafiq icazələrin olub-olmadığı və sakinlərin şikayətlərinin araşdırılıb-araşdırılmadığı məlum deyil.
Məlumata görə, bu ərazi Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun qohumu tərəfindən zəbt edilib. Bu faktı ərazi üzrə nümayəndəlikdən sakinlərə təsdiqləyiblər.
Bizimesr.info
