İstintaqı hələ tamamlanmamış,sertifikatı ləvğ edilmiş Seymur Məmmədov qanunsuz əməllərini davam etdirir-Bu qanunsuz hərəkət kimlərin marağına xidmət edir?
Gündəm / Sosial
Bu gün, 10:59
55
Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin və "Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların "Siyahısı" bu ilin aprel ayında təsdiq edilib.Çox təəsüflər olsun ki,Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyasınin bu qərarından sonra bəzi klinikalarda lisenziyasız və sertifikatsız həkimlərin tibbi praktiki fəaliyyətinə yenə də rast gəlinir.Bəzən də sertifikatsız fəaliyyət göstərən həkimlərin apardıqları əməliyyat ölümə səbəb olur.
Belə uğursuz əməliyyatlardan biri də bu ilin avqust ayının 15 də “Etalon" hospitalda baş verib. Belə ki,tanınmış psixoloq Nilufər Abdulla Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləvğ olunmuş Seymur Məmmədov tərəfindən plastik əməliyyat olunub,əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və vəfat edib.Rəhmətə getmiş 1989-cu il təvəllüdlü Nilufər Abdullanın 3 azyaşlı uşağı qalıb.
Bu ölüm hadisəsi Seymur Məmmədov tərəfindən həyata keçrilmiş estetik əməliyyatdan sonra ikincidir.1991-ci il təvəllüdlü Pərvanə Mirzəyeva da Seymur Məmmədov tərəfindən plastik əməliyyat olunub,əməliyyatdan bir neçə gün sonra yaşadığı evdə meyidi aşkarlanıb.Rəhmətə getmiş Pərvanə Mirzəyeva bir azyaşlı uşağı qalıb.
Türkiyə vətəndaşı olan azərbaycanlı aktrisa Natavan Gümetin də, bu ilin iyulun 7-də Etalon Hospitalda liposaksiya əməliyyatı keçirib,əməlyyatdan sonra çətinliklə üzləşib,liposaksiya əməliyyatdan sonra tanınmış aktrisanın səhhətində ağırlaşmalar baş verib,qarın boşluğunda mütəmadi olaraq maye toplanıb.Bu sadalananlar Seymur Məmmədovun düzgün olmayan əməliyyatlarının nəticəsidir.
Redaksiyamıza verilən məlumatda bildirilir ki,Nilufər Abdullanın dünyasını dəyişməsindən sonra Yasamal Rayon Prokurorluğunda cinayət işi qaldırılmış, Nilufər Abdullanın hansı səbəbdən ölməsi ilə əlaqədər araşdırma aparılmağa başlanılıb və Etalon hospitalın əməliyyat bloku bağlanılıb.
Redaksiyamıza daxil olmuş məlumatda görə istintaqı tamamlanmamış Seymur Məmmədov qanunsuz fəaliyyətini əmək müqaviləsi olmadan "Kəpəz Hospital" özəl tibb müəssisəsində gizlin olaraq davam etdirir.Bu yerlərdə sterilizasiya yox, tibbi nəzarət yox – yalnız pul qazanmaq üçün riskə atılan insan həyatı var.Sertifikatı ləğv edilmiş bir şəxsin yenidən əməliyyat masasına qayıtması və "Kəpəz Hospital" özəl tibb müəssisəsind belələrinə "meydan verməsi" sadəcə etinasızlıq deyil, açıq şəkildə qanuna meydan oxumaqdır.
Bu məsələlərlə əlaqədar rəhmətlik Nilufər Abdullanın atası Mahir Abdullayev redaksiyamızla əlaqə saxlayaraq bildirdi:"Hal-hazırda Yasamal Rayon Prokurorluğunda cinayət işi qaldırılmış istintaq hərəkətləri davam etdirilir.Sertifikatı ləvğ olunmuş Seymur Məmmədov haqqında bir neçə maddə ilə cinayət işi qaldırılıb.Dövlətimizinin ədalətinə güvənirəm.İnanıram ki, istintaq şəffaf və obyektiv aparılacaq, övladımın ölümünə səbəb olan Seymur Məmmədov lazimi cəzasını alacaq.Bundan sonra heç bir valideyn belə bir acını yaşamasın".
Biz də inanırıq ki, QANUNUN ALİLİYİ öz sözünü deyəcək.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.(mediatv.az)
