İlham Mirzəliyev 100 min manatlıq maşına sahib ola bilmədi
Gündəm / Sosial
Bu gün, 14:51
284

Xəbər verdiyimiz kimi “Azərinstiliktəchizat” ASC-nin sədri yeni avtomobil üçün tender elan etmişdi.
Məlumata görə keçiriləcək tenderin nəticəsi açıqlanıb.
Məlum olub ki, Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qurumun keçirdiyi müsabiqənin nəticəsini ləğv edib.
Bildirilir ki, müsabiqə xidməti minik avtomobilinin alınması üçün keçirilirmiş. Dəyəri 100 min 100 manat olan həmin avtomobilin sayı 1 ədəd olmalıymış. Lakin Dövlət Agentliyi tenderin düzgün keçirilmədiyi, qanunların pozulması ilə yanaşı, belə bahalı maşı üçün bu qədər pul xərcləməyi də məqsədəmüvafiq görməyib.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Ata oğlu Mirzəliyevdir.
Görünür, İlham Mirzəliyev köhnə müdirin maşınını bəyənməyib. Elə ona görə də, daha komfortlu bahalı maşın sifariş edib.Tribunainfo.az
Qarşı tərəfi dinləməyə hazırıq.