Gəncə Dövlət Universitetində rüşvət partlayışı: Tələbənin ölümü rektorun çirkli işlərini ortaya çıxardı!” İDDİA
Gündəm / Sosial
Bu gün, 15:09
128

Gəncə Dövlət Universitetində biabırçılıq hökm sürür: Pedaqoji fakültə korrupsiya girdabında boğulur.
Gəncə Dövlət Universitetində, xüsusilə Pedaqoji fakültədə yaşanan vəziyyət çoxları üçün artıq dözülməz həddə çatıb. Universitetdə rüşvət, məsuliyyətsizlik, özbaşınalıq və idarəetmə xaosu o qədər dərinləşib ki, tələbələrin ali təhsilə olan inamını tamamilə məhv edib.
Fakültənin dekanı Zaur Hüseynzadənin vəzifəyə seçki yox, birbaşa təyinat yolu ilə gətirilməsi universitet daxilində uzun müddətdir ciddi narazılıq doğurur. Dekan fakültəni idarə edə bilmir, nizam-intizamdan əsər-əlamət yoxdur. Tələbələr aylarla dərsə gəlmir, müəllimlərlə rəhbərlik arasında əlaqə qırılıb, fakültə isə faktiki olaraq “başsız qalıb”.
Bundan da betəri – fakültədə rüşvət mexanizminin açıq-aşkar işlədiyi haqda danışılanlar artıq universitet divarlarını aşaraq bütün şəhərə yayılıb. Bildirilir ki, bu fakültədə müəyyən məbləğ ödəyən tələbələr rahat şəkildə “aylığa buraxılır”, yəni dərsə gəlmədən tədrisdə iştirak etmiş kimi göstərilirlər. Bu, illərlə davam edən və heç kimin qarşısını almadığı bir sistemə çevrilib.
TEREF yazır ki, qeyd edilən iddialar vətəndaş Azər Məmmədovun bizə ünvanladığı şikayət məktubunda yer alır. Vətəndaş daha sonra yazır:
Bu özbaşınalığın ən ağır nəticəsi isə gənc tələbə Eltac Əliyevin faciəli ölümü oldu.
Pedaqoji fakültənin ikinci kurs tələbəsi Eltac Əliyev bir semestrə 700 manat ödəyərək dərsə getmədən tələbə statusunu saxlamağa məcbur olub. Bu pulun 500 manatı rektor Yusif Yusifzadəyə, 200 manatı isə dekana çatırmış. Yalandan məlumat verirlər ki, tətildir, bundan istifadə edib işə düzəlib. Amma əslində tələbə 700 manat müqabilində aylığa çıxıbmış. Ali məktəfdə tətil fevral ayında olur. Eltac Əliyev isə, ali təhsilin əslində fevralda olan qış tətilindən çox-çox əvvəl, hələ 1-ci kursdan dərsləri “pul müqabilində” buraxa-buraxa fakültədən kənar qalıb. Bu səbəbdən o, özünü dolandırmaq üçün “Lake Hotel”də işə düzəlmişdi.
Və məhz həmin iş yerində Binəqədi rayonundakı oteldə elektrik cərəyanı onu həyatdan aldı.
Gənc bir tələbənin ölümündən sonra universitetdəki rüşvət şəbəkəsi, məsuliyyətsizlik və rəhbərliyin laqeydliyi ilə bağlı qəzəb daha da böyüyüb. Tələbələr arasında “aylıq” adı ilə pul yığılması, Pedaqoji fakültədə dekanlıqda baş verən özbaşınalıq və rektor korrupsioner Yusif Yusifzadənin susması artıq insanların səbrini daşdırıb.
Bu qədər ağır faktların danışıldığı bir vaxtda universitet rəhbərliyinin tam sükut içində olması vəziyyəti daha da biabırçı edir. Bu sükut isə toplumda yalnız bir sual yaradır:
GDU-da bu sistem niyə hələ də davam edir və niyə heç kim buna dur demir? Rektor və onun kiryuxası Zaur Hüseynzadənin əməlləri nə vaxta qədər davam edəcək??? Fakültədə tələbələr bir semestri 700 manat olmaqla aylığa buraxılır, bunlar dərsə gəlmir, orada burada işləməklə məşğuldurlar. Müəllimlərə isə rəhbərlik tərəfindən təzyiq edilərək bunlara qiymətlər yazdırılır. Bir qrupda 25 nəfər tələbə varsa, bunun 5-6 nəfəri pul müqabilində dərsə gəlmirlər. Buna nə vaxt son qoyulacaq???
Azər Məmmədov.
Şikayət məktubunda qaldırılmış iddialarla bağlı adları çəkilən şəxs və qurumun mövqeyinidə işıqlandırmağa hazırıq!
TEREF