Mərkəzi Neftçilər Xəstəxanası 5 posta 15 nəfərlik mühafizəçi tutur – 157 min manatlıq təhlükəsizlik

Gündəm / Sosial
Bu gün, 17:17 8
Mərkəzi Neftçilər Xəstəxanası 5 posta 15 nəfərlik mühafizəçi tutur – 157 min manatlıq təhlükəsizlik

Mərkəzi Neftçilər Xəstəxanası növbəti il üzrə mühafizə xidmətlərinin satın alınması ilə bağlı tender elan edib. Satınalmanın ehtimal olunan dəyəri 156.992,45 AZN olaraq göstərilir.

Texniki şərtlərə əsasən, xidmət aşağıdakı heyəti əhatə edəcək:

14 nəfər mühafizəçi – Əmək Şərtləri Təlimatına uyğun olaraq 5 mühafizə postunda xidmət aparılması üçün

1 nəfər xidmət rəisi – ümumi təhlükəsizlik prosesinə rəhbərlik etmək üçün

Ümumilikdə 15 nəfərlik mühafizə heyətinin bir illik fəaliyyəti üçün nəzərdə tutulmuş bu müqavilə xəstəxananın mülkiyyətinin, avadanlıqlarının və tibbi sənədlərinin təhlükəsizliyi üçün həyata keçiriləcək.

Tenderin qalibi müsabiqə yekunlaşdıqdan sonra məlum olacaq.

32gun.az