Afiq İsmayılovun rəhbəri olduğu Sumqayıtda 34 saylı məktəbdə nə baş verir?

Gündəm / Sosial
Bu gün, 12:03 13

Daxil olan məlumatlara əsasən, Sumqayıt şəhər 34 saylı tam orta məktəbdə psixoloq ilə valideyn arasında ciddi insident yaşandığı iddia olunur. Valideynlərin redaksiyamıza bildirdiyinə görə, məktəbdə müəyyən müddətdir qruplaşmaların yarandığı, bir qrup müəllimin isə “banda kimi” hərəkət edərək şikayət etməyə gələn valideynlərə müxtəlif formada təzyiq göstərdiyi deyilir.

Məlumat verən valideynlər iddia edir ki, məktəb daxilində yaranmış bu gərginlik həm dərs mühitinə, həm də psixoloji atmosferə mənfi təsir edir. Onların sözlərinə görə, övladının hüquqlarını müdafiə etmək üçün məktəbə müraciət edən valideyn bəzən susdurulur, bəzən isə müxtəlif vasitələrlə geri çəkilməyə məcbur edilir.

Hadisə ilə bağlı yayılan görüntülər redaksiyaya təqdim olunub. Videolarda tərəflər arasında gərginliyin yarandığı, psixoloq və valideyn arasında mübahisənin böyüdüyü açıq şəkildə görünür.

Qeyd edək ki, adı çəkilən məktəbin direktoru Afiq İsmayılovdur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıqXüsusi.TV

VİDEO LİNKDƏ: https://xalq.online/afiq-ismayilovun-rehberi-oldugu-sumqayitda-34-sayli-mektebde-ne-bas-verir