Qohumunun torpağını özəlləşdirən icra nümayəndəsi ,Adıgözəl Əliyev kimdir?

Gündəm / Bölgə / Seçilmişlər
Dünən, 16:10 94


Mən Bağırov Namiq Musa oğlu, şikayətim qohumum, hazırda Şabran şəhər İcra Hakimiyyətində İcra Nümayəndəsi vəzifəsində işləyən Əliyev Adıgözəl Əli oğlundandır.

Qeyd etmək istəyirəm ki, atam Bağırov Musa bələdiyyə tərəfindən ona verilmiş torpağı müvəqqəti istifadə üçün qohumum Adıgözəl Əliyevə vermişdir. Atam 2014 cü ildə rəhmətə gedəndən sonra Adıgözəl Əliyev atama verilmiş torpağı bizə qaytarnaqdan imtina edir. Dəfələrlə torpağı və eləcə də torpağa aid sənədlərin qaytarılmasını tələb etmişəm. Lakin, icra nümayəndəsi vəzifəsindən istifadə edərək torpağı və torpağa aid sənədləri qanunsuz olaraq özündə saxlayır, bizim hüquqlarımızı pozur.

Şikayət edəcəyimi bildirdikdə, mənə deyir ki, get hara şikayət edirsən et, Şabranda bütün qurumlarda mənim sözüm keçir. Mənim arxamda Şabran İcra Hakimiyyətinin başçısı Asif müəllim dayanır. Həqiqətəndə görürəm ki, sözlərində həqiqət var. Çünki, icra nümayəndəsinin özbaşınalığından Şabran şəhər Prokurorluğuna, Prezident Adminstrasiyasına müraciət etmişəm ərizə ilə. Heç bir araşdırma aparılmır.

Prokurorluq icra nümayəndəsini açıq aşkar müdafiə edir, araşdırılma birtərəfli aparılır, Prezident Adminstrasiyası ərizəmi Şabran İcra Hakimiyyətinə göndərib, amma bir nəticə olmayıb. Təbii ki, olmayacaq. Çünki, araşdırmanı Adıgözəl müəllimin özünün işlədiyi quruma göndərirlər. Hansı şəffaf araşdırmadan söhbət gedə bilər??? Adıgözəl m həmin torpaq sahəsində özbaşına tikinti işi aparıb, mal-qara biznesi açıb atama aid torpaq sahəsində. Qanunsuz sshibkarlıq fəaliyyəti ilə məşğul olur.

Bəzi dövlət qurumları isə Adıgözəl müəllimin qanunsuz hərəkətlərinə, özbaşınalıqlarına göz yumur, hətta onu müdafiə edir. Ümud varam ki, mənim pozulmuş hüquqlarım bərpa olunacaq.(Tereqqi.az)