Zərdabda yolun əsaslı təmir işlərinə 241 min xərclənəcək – İşi görəcək şirkətin nizamnamə kapitalı 10 manatdır
Gündəm / Ölkə
15-12-2025, 15:46
1 767
Zərdab şəhəri, Zərdabi küçəsində (Xətai küçəsi ilə kəsişməsindən D.Qorqud meydanına qədər) yolun əsaslı təmir işlərinə 240 933 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, təmir işlərini “Azyolinşaat” MMC görəcək.
Zərdab Rayon İcra Hakimiyyəti və MMC arasında müqavilə bağlanıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 AZN-dir.
