Elçin Carçıyevin şirkətlərində nə baş verir? - Külli miqdarda borc yaranıb
Gündəm / Sosial
Bu gün, 16:04
36

Qazaxlı iş adamı Elçin Carçıyevin rəhbəri olduğu şirkətlərin dövlətə külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, Carçıyev Elçin Murtuz oğlunun rəhbəri olduğu "Carçıoğlu Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 181.004,03 AZN vergi borcu var.

Eyni zamanda, Elçin Carçıyevin rəhbəri olduğu "Rus-Azeri Spirts" MMC-nin 158.407,09 AZN vergi borcu yaranıb. Sözügedən şirkətin qanuni təmsilçisi iş adamının qardaşı Eldar Carçıyevdir.

Qeyd edək ki, şirkətlər Qazax rayonunda yerləşsə də, "Carçıoğlu Group" MMC-nin Bakı şəhəri, Keşlə qəsəbəsində 2 hektardan çox ərazisi var. 1997-ci ildə təsis edilmiş "Carçıoğlu Group" içki, ərzaq məhsullarının və mebel aksesuarlarının istehsalı və idxal-ixracı ilə məşğuldur. (Qaynarinfo)