Fürsətdən istifadə edərək, jurnalistlərin “isti yuvasını soyuq yuvaya” çevirənlər kimlərdir?
Gündəm / Ölkə
Dünən, 14:02
26
Fürsətdən istifadə edərək, jurnalistlərin “isti yuvasını soyuq yuvaya” çevirənlər kimlərdir?
Təmir adıyla boşaldılacaq
“Azərbaycan” nəşriyyatında yerləşən və uzun müddətdir böyük məbləğdə icarə haqqı ödəyən redaksiyalara alternativ yer verilmədiyindən, indi bu jurnalistlər arasında ciddi narahatlıq yaradıb. Bundan sonra nə edəcəklərini və redaksiyalarını hara köçürəcəklərini bilmirlər. Çünki kənar ərazilərdə kirayə haqqı çox bahadır.
Qələm sahiblərinə qarşı bu cür biganəlik və saymazyana hərəkət nəşriyyatda çalışan jurnalistlər arasında ciddi etirazlara səbəb olub. Onlar bunu özlərinə qarşı təhdid hesab edirlər.
Bu səbəbdən, etirazçılar 02.02.2026-cı il tarixində, saat 11:00-da “Azərbaycan” nəşriyyatı qarşısında etiraz aksiyası keçirmək barədə son qərarlarını veriblər. Prezident Administrasiyasına yürüş etməyi planlaşdırıblar. Onların məqsədi yüksək vəzifəli dövlət məmurları tərəfindən irəli sürdükləri tələblərin düzgün yerinə yetirilməsini təmin etmək olacaq.
Etirazçılar üç təklif irəli sürməyə qərar veriblər.
Təkliflər bunlardır:
– Nəşriyyatdan çıxarılan redaksiyalar alternativ ofislə təmin olunsunlar;
– Nəşriyyatda əsaslı təmir işləri başa çatdıqdan sonra, buranı tərk edən redaksiyalara ofislərinin geri qaytarılması təmin edilsin və buna tam zəmanət verilsin:
– Redaksiyaların müvəqqəti binaya köçməsi üçün müəyyən edilən son tarix uzadılsın.
İctimaixeber.az