“Uğurlu Dad” kolbasaları istehaslaında nöqsanlar aşkarlandı

Gündəm / Sosial
Bu gün, 15:10 28
“Uğurlu Dad” kolbasaları istehaslaında nöqsanlar aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus “Uğurlu Dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama keçirib.
Agentlikdən Tribuna.az-a verilən məlumata görə, baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri  barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.