Ədliyyə Nazirliyi Kəbirə Məmmədova ilə razılaşdı...-24.000 manatlıq müqavilə

Gündəm / Cəmiyyət
Bu gün, 17:37 23


Ədliyyə Nazirliyinin icarə xidməti ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa Məmmədova Kəbirə Meybulla qızı ilə müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məmmədova Kəbirə Meybulla qızı ilə müqavilə bağlayıb. 23.02.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında icarə xidməti ilə bağlı 24.000 AZN məbləğində müqavilə bağlanıb...

Qarşılıqlı razılaşma ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi 39 ünvanda, ümumi sahəsi 3679,7 m² olan qeyri-yaşayış binasının 250 m² hissəsi Xəzər rayon qeydiyyat şöbəsi üçün icarəyə verilir.

Bu əməkdaşlıqda diqqət çəkən fakt odur ki, Ədliyyə Nazirliyi yuxarıda qeyd etdiyimiz iş üzrə tender elan etmədən, bir mənbədən olmaqla Kəbirə Məmmədova ilə müqavilə bağlayıb...

Ədliyyə naziri təyin edilən Fərid Əhmədov KİMDİR...
Ədliyyə Nazirliyi Kəbirə Məmmədova ilə razılaşdı...-24.000 manatlıq müqavilə

Ədliyyə naziri Fərid Əhmədov

Bu ilginc faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Bu arada Yenixeber.org olaraq xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur: Ədliyyə Nazirliyinin icarə xidməti ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa Məmmədova Kəbirə Meybulla qızı ilə müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, Ədliyyə Nazirliyi tərəfdən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Məmmədova Kəbirə Meybulla qızına məxsus obyektə niyə üstünlük verilib? Və s...

Qarşıdakı günlərdə bu və digər suallar cavab axtarmaqla mövzunu davam etdirəcəyik.

Xatırladaq ki, Məmmədova Kəbirə Meybulla qızı məşhur Binə Ticarət Mərkəzinin sahibidir.(Yenixeber.org)