Vüsal Nəsirli Məhəmməd Musayevə “DUR” deyəcəkmi?! -DETALLAR/FOTOLAR
Gündəm / Aktual
Bu gün, 13:43
20

Nazir Nəhmətov- Orxan Əzimov- Sənan Quliyev üçlüyü özləri də rəsmi işlərinin nə olduğunu ya bilmir, ya da bilmək istəmirlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-dən, daha doğrusu bu qlmaqallı müəssisənin rəhbəri Musayev Məhəmməd Nurəddin oğlunun fəaliyyəti ilə bağlı yeni məlumatlar əldə etmişik.

Məhəmməd Musayev
Ötən günlərdə bu mövzuda tirajladığımız “Xüsusi Təyinatlı Yol İdarəsində xüsusi rejim: Dayı-bacıoğlu tandeminə “DUR” deyən olacaqmı?!” sərlövhəli yazıdan sonra redaksiyamıza konkret faktlarla, daha da maraqlı məlumatlar daxil olub və olmaqdadır...(Yazı bu linkdədir: https://yenixeber.org/manset/196513-x%C3%BCsusi-t%C9%99yinatl%C4%B1-yol-idar%C9%99sind%C9%99-x%C3%BCsusi-rejim.html )
Məhəmməd Musayevin “qara kassası”...
“7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin xidmət rəisi Nazir Nəhmətov idarə rəisinə xüsusi sədaqət və “xidməti” ilə tanınır. Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumata görə, işlədiyi 2 il ərzində 800 manat maaşla de-fakto oliqarxa çevrilməyi bacaran(?) Nəhmətov nəinki işinin peşəkarı deyilmiş, sən demə heç ali təhsili də yoxmuş. Avtomobil ustası olan Nazir əfəndinin hazırda Dağıstanda qiyabi təhsil aldığı bildirilir.

Nazir Nəhmətov
Buna baxmayaraq, son model, bahalı avtomobil, sürücü, daşınmaz əmlaklar və s. Nazir Nəhmətovun adı ilə bir sırada çəkilir...Dayı-bacıoğlu tandemi bu idarədə hər addımda, hər anda özünü göstərir.
Əsas işi kargüzar Orxan Əzimovla birlikdə narazılıq edən işçiləri qınayıb, səhv çıxarmağa çalışmaqdır. (Yeri gəlmişkən, özünü Aparat rəhbəri kimi təqdim edən Orxan Əzimov həqiqətdə kargüzardır və baş mühasib olmaq arzusu ilə yaşayır.)
Nəhmətovla dostluq münasibəti ilə tanınan briqadir Sənan Quliyev də başqa bir aləmdir. Əslində bu üçlük: Nazir Nəhmətov- Orxan Əzimov- Sənan Quliyev özləri də rəsmi işlərinin nə olduğunu ya bilmir, ya da bilmək istəmirlər. De-fakto işləri əl-ələ verib, yeraltı keçidlərdən, eskalatorlardan “levi” elektrik enerjisi ötürmək də daxil, müxtəlif yollarla pul toplamaq, buna etiraz edənləri də işdən qovacaqları ilə təhdid etməkdir. (Bu haqda mediada məlumatlar dərc olunub. Başda “5mərtəbə” deyilən yeraltı keçid olmaqla... Red.) Baxmayaraq ki, məbləği yalnız özlərinə məlum olan qədər pul toplanır, amma yeraltı keçidlər də, eskalatorlar da baxımsız durumdadır, kameralar da sıradan çıxmaqdadır...Məhz bu kimi səbəblərdəndir ki, Nazir Nəhmətov Məhəmməd Musayevin “qara kassası” kimi tanınır.
***
“7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin adlarını sadaladığımız məsul şəxsləri “yağ içində böyrək kimi” yaşadıqları halda, aylarla maaş ala bilməyən çoxluq da var. 420-570 manat əməkhaqqına göz dikənlər üçün bunun nə demək olduğu məlum. Bu səbəbdəndir ki, bir qadın işçinin stressdən insult keçirdiyi və təcili yardım çağırıldığı da bildirilir. Ona iş böyüməsin deyə, əvvəlcə Nazir Nəhmətov tərəfindən 300 manat verilir. Daha sonra idarə rəhbərinin verdiyi 2000 manat isə Nazir əfəndi tərəfindən 1700 manata endirilir...
Prezidentin yüksək vəzifə verdiyi Vüsal Nəsirli KİMDİR...
Vüsal Nəsirli
İşçiləri aidiyyatı olmayan işlərə məcbur edib də, özü krallar kimi kənardan seyr edirsə, bu sözün bitdiyi yerdir. Kirayə haqqlarını, bank kreditlərini ödəyə bilməyən zavallı fəhlələr, xadimələr və digərlərinin yeganə ümüdü isə AAYDA-nin yeni rəhbəri Vüsal Nəsirliyədir. Ki, hörmətli Vüsal müəllim günlərin yaxın bir günü “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-ni, eləcə də, Məhəmməd Musayev başda olmaqla adlarını sadaladığımız məsul şəxslərin fəaliyyətini araşdırsın...
O zaman ortaya çıxacaq faktlara hüquqi qiymət verilməsi zərurət olacaq. İşə hüquq-mühafizə orqanlarının qatılacağı şübhəsizdir.

***
Bu da sahə rəisi Fuad Vəliyevdir. Göründüyü kimi, keçidlərə təmizlik vasitələri belə alınmır. Zibilxanalardan xadimələrin tapdığı süpürgələri əridib düzəldib işlədirlər.(Yenixeber.org)
P.S Biz yazıda yer alan və almayan məlumatlarla bağlı qarşı tərəfi də dinlənmək istədik. Orxan Əzimov bizimlə telefon danışığında əvvəlcə cavab veriləcəyini desə də, sonradan buna lüzum olmadığını bildirdi(?)
