Xırdalanda qanunsuz tikinityə hansı məmur icazə verib? Videofakt

Gündəm / Aktual
Bu gün, 16:50 13
Xırdalanda qanunsuz tikinityə hansı məmur icazə verib? Videofakt

Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsində daha bir obyektin tikintisinə başlanılıb.

Xalq.online-a daxil olan videogörüntüdə sürətlə davam edən tikinti işlərinin rəsmi icazələrinin olmadığı iddia olunur.

İddialara əsasən, sözügedən obyektin tikintisi üçün nə Abşeron Rayon İcra Hakimiyyəti, nə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə də digər aidiyyəti qurumlardan müvafiq sənədlər alınıb.

Məlum olduğu kimi, Abşeron rayonunda uzun illərdir şəhərsalma standartlarına cavab verməyən və qanunsuz olduğu deyilən tikililərlə bağlı narazılıqlar səngimək bilmir. Sakinlər bildirirlər ki, bəzi hallarda ən kiçik həyət tikililərinə belə ciddi nəzarət tətbiq olunduğu halda, iri obyektlərin inşasına rayon rəhbərliyi tərəfindən göz yumulur

Rayon icra başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi qurumun bu tikinti ilə bağlı mövqeyi hələlik açıqlanmayıb. İctimaiyyətdə sual doğuran məqam isə budur: icazəsiz bir tikilidə hətta kiçik dəyişikliklərin belə mümkün olmadığı Abşeronda bu miqyasda obyektin inşası necə həyata keçirilir? İcra başçısının küçələri qarış-qarış gəzən nümayəndələri niyə bu obyektin tikintisini görmür, yaxud göz yumur…?

Görünür icra başçısı Abdin Fərzəliyev üçün belə qanunsuz tikintiləri görünməz edən səbəblər, əsaslar var… Əks halda bir kasıbın toyuq hinini həyətində sökdürən icra başçısı bu yekəlikdə obyekti də görməzdən gəlməz…(Xalq.online)

Məsələ ilə bağlı aidiyyatı qurumların da fikirlərini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik: