“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /FOTOLAR

Gündəm / Aktual
Bu gün, 17:00 13

Toxunulmazlıq statusu almış bu klinikada, qiymətlər “kəllə-çarxa çıxıb”
3 gün əvvəl mediada Sumqayıt şəhərində fəaliyyət göstərən “Real” Tibb Mərkəzi ilə bağlı narahatedici məlumatlar tirajlandı…ŞikayətçiYasəmən Əliyeva (ad şərtidir) bildirir ki, doğum şöbəsinin müdiri, mama-ginekoloq Cavid Allahverdiyev pasiyentin başqa klinikada analiz verdiyini əsas gətirərək onu müayinə etməkdən imtina edib. Onun sözlərinə görə, həkimin qəbulunda olub və ona bir neçə analiz təyin edilib. Şikayətçi bildirir ki, həkim analizlərin hansı laboratoriyada verilməli olduğunu deməyib:
“Əvvəllər də ona müraciət etmişdim, kömək etmişdi. Bu dəfə də analiz üçün vərəq yazdı, amma harada verməli olduğumu demədi. Mən də gedib ‘İmplus’da verdim. Çünki qiymətlər daha münasibdir, "Real" klinikasında isə kəskin bahadır”.
Pasiyentin sözlərinə görə, analizlərin nəticəsini həkimə göndərsə də, o, baxmaqdan imtina edib:
“Axşam nəticələri göndərib soruşdum ki, Sumqayıta gəlməyimə ehtiyac varmı? Əgər adi bir şeydirsə, dərmanı alım. Amma yazdı ki, “İmplus”un analizlərinə baxmıram. Bu müəssisəni qoyub orada analiz vermisən’”.
“Sumqayıt Hospital” “Real”ı kölgədə qoyur
Bu məlumatı xatırlamağımız təsadüf deyil… Sumqayıtda fəaliyyət göstərən daha bir klinika-“Sumqayıt Hospital”la bağlı Yenixeber.org-a daxil olmuş məlumatlardan belə məlum olur ki, bu şəhərdəki səhiyyə müəssisələrini ortaq prinsiplər birləşdirir: Müayinə-müalicədən tutmuş para məsələsinə qədər…Ölkə səhiyyəsinin bərbad durumunun parlaq nümunəsi kimi.
Özəl məlumatlarımıza keçməzdən əvvəl xatırladaq ki, “Sumqayıt Hospital”la bağlı indiyədək də, media və sosial şəbəkələrdə yumşaq desək xoşagəlməz məlumatlar titajlanıb…Bir müddət əvvəl ölkə mediasında yayılan məlumata görə, 2025-ci ildə “Sumqayıt Hospital”da 100-ə yaxın protez əməliyyatının icra olunması fonunda xəstələrin müxtəlif bölgələrdən eyni tibb müəssisəsinə yönləndirilməsi baş tutub(?) Sən demə, dövlət tibb müəssisələrində müayinə olunan xəstələr qeyri-rəsmi mexanizmlər vasitəsilə avtomatik olaraq “Sumqayıt Hospital”a göndərilir.
İddiaya əsasən, xəstələr sistemdə xüsusi qeydiyyata düşür və seçim hüquqları olmadan həmin xəstəxanaya yönləndirilir. Bu, xəstələrin əməliyyat və tibbi xidmət seçimlərini məhdudlaşdıraraq, prosesin məqsədli şəkildə idarə olunduğu ehtimallarını gücləndirir.
Sxemdə adları hallanan şəxslər arasında icraçı direktor Rəşad Hüseynov, onunla əlaqəli olduğu iddia edilən Əhliman Əmiraslanov və prosesin əsas idarəedicisi kimi göstərilən Asiman Həsənov yer alır.
Mənbələr bildirir ki, bu şəxslərin təsiri altında xəstələrin yönləndirilməsi sistemli şəkildə həyata keçirilir.( nocomment.az)
***
Sumqayıt sakini İlkin İsmayılov da müalicə üçün müraciət etdiyi “Sumqayıt Hospital”dakı özbaşınalıqdan şikayət edib. Şikayətçi bildirir ki, hospitalda həkim qəbuluna yazılan xəstələr qapıda gözlədilir, növbədəki xəstələr qala-qala qəbulda əlavə ödəniş edənlər içəri buraxılır… (Yazını bu likdən oxuya bilərsiniz: https://sumqayit.tv/sumqayt/17508-sumqayt-hospitalda-xstlri-ruvtl-qbul-edirlr-ikayt.html )
***
"Sumqayıt Hospital" həkim ortoped-travmatoloqu Elçin Yaqubov isə xəstəni şikəst etməkdə ittiham edilir: 1961-ci il təvəllüdlü Quliyeva Püstəxanım Hümbətəli qızı bildirdiyinə görə, əməliyyat İcbari Tibbi Sığorta çərçivəsində aparılsa da, xəstəxana pasiyentin yaxınlarından əlavə olaraq 3500 manat pul alıb…(Yazını bu likdən oxuya bilərsiniz: https://news.milli.az/country/1283452.html )

Hospital”ın toxunulmazlıq statusu və öz qanunları…
Bu məlumatları da xatırlamağımız təsadüf deyil…Bu və digər, eləcə də, Yenixeber.org-a daxil olmuş məlumatlardan aydın olur ki, "Sumqayıt Hospital" hansısa gözəgörünməz əlin sayəsində sanki bir toxunulmazlıq statusu alıb. Ki, burada kimsə tərəfindən yazılması məlum olmayan qanunlar hakimdir.
Xatırladaq ki, Sumqayıt şəhəri, Çerkassi küçəsi 571 ünvanda yerləşən bu klinkikada “Doğuş şöbəsi”, “Stasionar”, “Polikilinika”, “Əməlliyyat bloku, “Reanimasiya”, “Radiologiya” və “Qəbul şöbəsi” fəaliyyətdədir.

"Sumqayıt Hospital"lda həkim qəbulu, müayinə, müalicə və əməliyyatların qiyməti qeyd etdiyimiz kimi, hansısa gözəgörünməz əlin işarəsi ilə müəyyənləşir. Ölkə əhalisinin məlum sosial durumu, minimum əməkhaqqı və s. bu kimi göstəricilərdən burada əsər-əlamət yoxdur… Sadəcə həkim qəbulları 30-60 manat arasında dəyişir. Müxtəlif cihazlarla tibbi müyainələrin də öz qiymətləri var. Müalicə və əməliyyatlarla da bağlı qiymətlər müxtəlifdir. Məsələn, təbii doğuş 881 manat olduğu halda, qeysəriyyə məliyyatı 1181 manatdır…Diqqət edin, məbləğlərin sonunda 1 manat olması qiymətlərin guya hansısa göstəricilərlə əsaslandırılması təsəvvürü yaratmağa hesablanıb. Amma, hansı sosial və itisadi göstəricilərdən,… Bir zəhmət klinika rəhbəri bunu açıqlasın…Tibbi sığorta məsələsi də, burada Azərbaycansayağı tətbiq edilir.
Açıqlanmasına ehtiyac olan faktorlar bunularla bitmir: "Sumqayıt Hospital"ın yeni korpusu, ərazisindən kənar, fəaliyyətdə olan Aptek və kafenin lazımı hüquqi sənədləri ilə də bağlı açıqlama verilməsinə ehtiyac olan məlumatlar var…
Yuxarıda “gözəgörünməz əl” yazdıq,…Bu əlin akademik-deputat Əhliman Əmiraslanova məxsusluğu ilə bağlı indiyə qədər də mediada məlumatlar yer alıb. İddiaya görə “Sumqayıt Hospital”ın toxunulmazlıq statusu alması, qiymətlərin “kəllə-çarxa çıxması” da məhz, bu səbəbdəndir.
Biz hələlik ötəri toxuna bildiyimiz məlumatlarla bağlı "Sumqayıt Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Rəşad Hüseynova rəsmi sorğu da ünvanlamışıq. Təəssüf ki, hələ də sorğumuz cavabsız qalmaqdadır(?) Bu səbəbdən də, hələlik geniş yaza bilmirik…(Yenixeber.org)