Keçmiş deputatın şirkəti vətəndaşa DO GƏLİR... - VİDEO

Gündəm / Sosial
Bu gün, 17:40 18

Son günlər sosial şəbəkələrdə “Kontakt Home” mağazalar şəbəkəsindən şikayət edənlərin sayı artmaqdadır.

“TikTok”da başına gələnlərlə bağlı məlumat verən şəbəkə istifadəçisi “Kontakt Home” tərəfindən aldadıldığını qeyd edib.

O bildirib ki, 2025-ci il dekabrın 31-i aldığı “iPhone” telefonu ilə birlikdə onun USB və şarj başlığını kreditlə götürüb. Buna baxmayaraq, artıq 1 aydır ki, qutunun içində qadına satılan USB naqili işləmir. Yaranan problemlə əlaqədar “Kontakt”ın qaynar xəttinə müraciət edib. Şirkətin əməkdaşları qadın müştərini “Kontakt”ın əməkdaşlıq etdiyi servisə yönəldib. Servisdə isə USB naqili analiz edilməyib və müştəriyə şarj cihazının başlığını təmir edə biləcəklərini, USB-ni qəbul etməyəcəklərini bildiriblər. Müştəri yenidən “Kontak”ın qaynar xətti ilə əlaqə saxlayıb və servisin məhsulu təmirə qəbul etmədiyini bildirib. Şirkətdən qadına verilən cavab isə “yalnız telefona zəmanət verilir, aksesuara yox” olub. Qadın paylaşdığı videoda qeyd edib ki, USB-nin saxta olması dəqiqdir, çünki “Apple” şirkətinə məxsus bütün USB naqilləri yumşaqlığı və əsnəkliyi ilə seçildiyi halda, ona verilən naqil sərtdir. O məhsulu qutusunda aldığı üçün bu məsələyə diqqət etməyib. Xanım videodan sonra ona “Kontakt Home”dan əlaqə vasitələri və digər şəxsi məlumatlar istədiyini bildirir. O vurğulayıb ki, “Kontakt”ın müraciətinə baxmayaraq, hələ də yaranan problem həllini tapmayıb.

Xanımın videosunun altına rəy yazan vətəndaşlar da “Kontakt Home” şirkətinin müştərilərini ilk dəfə aldatmadığını, belə halların dəfələrlə baş verdiyini qeyd edib.(Avtosfer.az )