Qaradağda ŞIDIRĞI ALVER GEDİR: Köhnə başçının aqibəti dərs olmadı? - BU NƏDİ BELƏ?
Gündəm / Aktual
Bu gün, 16:26
13
Son günlər Qaradağ rayon İcra Hakimiyyəti ilə bağlı redaksiyamıza daxil olan şikayətlərin sayı artmaqdadır.
Faktiki olaraq rəhbərsiz qalan rayonda qanunsuzluqlar məcradan çıxıb.
Belə ki, Qaradağ rayon Lökbatan qəsəbəsi, 1-ci massivdə yaşayan bir qrup sakin rayon icra hakimiyyətininin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müavini, Ərazi-təşkilat məsələləri sektoru müdiri Həsənov İmran Elman oğlu barəsində redaksiyamıza şikayət müraciəti ünvanlayıb.
Sakinlərin iddialarına görə, rəhbərsizlikdən sui istifadə edən Həsənov İmran qanunsuz işlərlə məşğul olur.
Sakinlər bildirirlər ki, Həsənov İmran və bir qrup dəstə torpağları satarkən qarşı tərəfə tikinti işlərinə icazəni alacağını, heç bir problemin olmayacağı vədlərini veriblər. Lakin torpaq sahibi ərazidə tikintiyə başladıqda sözügedən ərazidə tikintiyə icazənin olmadığını bildirərək, söküntü işləri aparırlar.
İddia olunur ki, İcra Hakimiyyətinə təkrar müraciət edən şəxslərdən yenidən müəyyən miqdarda pul vəsaiti tələb olunur. Pulun qarşılığında onlara rəsmi sənədin veriləcəyi bildirilir.
İcra hakmiyyətinin rəsmisi bu işlərdə yalnız deyil. İddialara görə, ona Lökbatanda “Makler Natiq” kimi tanınan Natiq adlı bəy və özünü ərazi nümayəndəsi kimi təqdim edən Samir adlı şəxs və keçmiş bələdiyyə sədri Rasim adlı şəxs kömək edib.
Sakinlər iddia edirlər ki, sabiq başçı Süleyman Mikayılovun qanun pozuntularına görə işdən çıxardığı Samiri İmran Həsənov yenidən qeyri qanuni keçmiş postuna geri qaytarıb və tikintiyə icazələri ,qiymət danışmagı ona həvalə edib.
İddialara görə, qanunsuz əməldən zərərçəkənlərin sayı 70 nəfərdən çoxdur...
YENİERA
