Kəmaləddin Heydərov qalmaqallı “Qurtuluş-93” rəhbərinin otelini bağladı - BUNA GÖRƏ...

Gündəm / Aktual
Bu gün, 11:29 18

“Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzova məxsus Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” otelinin fəaliyyəti Fövqəladə Hallar Nazirliyi tərəfindən dayandırılıb.

Trbuna.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Norma və qaydaların kobud pozulması səbəbindən Rəhimli kəndində yerləşən “Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Nöqsanlar səbəbindən fəaliyyəti dayandırılan “Bağçalı” otel “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzova məxsusdur. M.Novruzovun “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar da qurub. Şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyət göstərir. Şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” kompleksi də Hacı Məhərrəm Novruzova məxsusdur.
Xatırladaq ki, 2021-ci ildə Məhərrəm Novruzovun kürəkəni Kərbalayev Elşad Məhərrəm oğlu öz lüks avtomobili ilə qəza törədərək 4 nəfərin ölümünə səbəb olmuşdu. Məlumata görə, iş adamının kürəkəni hadisəni törədərkən sərxoş olub.