Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..

Gündəm / Aktual
Bu gün, 18:13 12

“Bravo” supermarketlər şəbəkəsində kiloqramla satılan konfetlərin üzərinə məhsulun ümumi deyil, 100 qram üçün nəzərdə tutulan qiymətin yazılması müzakirələrə səbəb olub. Alıcılar bildirirlər ki, bu üsul məhsulun real qiyməti ilə bağlı yanlış təsəvvür yaradır və daha ucuz olduğu görüntüsü formalaşdırır.

Mövzu ilə bağlı Tribuna.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu, müştərinin açıq şəkildə aldadılması deməkdir:

“Bu, istehlakçıların aldadılması üçün marketoloqların və satış şəbəkələrinin istifadə etdiyi çoxsaylı üsullardan biridir. Belə şəbəkələr qanunvericilikdəki boşluqlardan istifadə edərək müəyyən imkanlar əldə edirlər.

Təəssüf ki, qanunvericilikdə bu proses tam şəkildə tənzimlənmir.

Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən konfetlər qablaşdırılmalıdır.

Məhsulun üzərində istehsal tarixi və son istifadə müddəti göstərilməlidir. Lakin hazırda satışda olan bir çox konfetlərin istifadə müddətinin nə vaxt bitdiyi məlum olmur.

Video Player
VİDEO LİNKDƏ: https://xalq.online/jaime-teixeiranin-rehberi-oldugu-bravo-da-ceki-oyunu-musteriler-bele-aldadilir
Konfetlərin üzərində kiloqram qiyməti əvəzinə 100 qramının qiymətinin qeyd olunması alıcını aldatmaq, onu çaşdırmaq məqsədi daşıyır. Bu, müştəri hüquqlarının kobud şəkildə pozulmasıdır.

İstehlakçı aldadılmamaq üçün diqqətli olmalıdır. Əks halda, onu hər fürsətdə aldadarlar”.

Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsi son vaxtlar konfetlərin üzərində 1 kiloqramın deyil, 100 qramın qiymətini göstərməyə başlayıb. Bu da alıcıların narazılığına səbəb olub.(Tribuna.az)