Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman
Gündəm / Siyasət
Bu gün, 17:29
13

Prezident İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra ən azı 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.