Hesablama Palatası Saleh Məmmədovun maliyyə maxinasiyalarını sənədləşdirib - TALANAN PULLAR QAYTARILMALIDIR!
Gündəm / Sosial
Bu gün, 09:19
21
Hesablama Palatası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) maliyyə yoxlamaları aparıb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, 2024-2025-ci il üçün gəlirlərin və xərclərin təhlilinə dair yoxlama zamanı korrupsiya faktları aşkarlanıb.
“Agentlik tərəfindən 2024-cü ilin xərclər smetasında və Qaydalarda nəzərdə tutulmadığı halda, Fondun vəsaitləri hesabına 2024-cü ildə 19599,5 min manat məbləğində vəsait bank kreditləri üzrə ödənişlərə yönəldilmişdir ki, bu da əvvəlki illərin təcrübəsinin də göstərdiyi kimi
avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında müəyyən məhdudiyyətlər yaratmış, dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında müvafiq uyğunsuzluqları şərtləndirmişdir”.
Yoxlamalar nəticəsində,həmçinin deyilir:
“Agentliyin aparatının saxlanması xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.01.2007-ci il tarixli, 13 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarda (xərclərin
maliyyələşdirilməsi istiqamətləri) nəzərdə tutulmadığı halda bu məqsədə vəsait əvvəlki illərdə olduğu kimi 2024-ci ilin smetasına da daxil edilmiş və istifadə edilmişdir.
2024-cü ilin xərclər smetası (xərc istiqamətləri) Azərbaycan Respublikası Nazirlər 62 DÖVLƏT AUDİTİNİN XÜLASƏLƏRİ 2026, № 1 Kabinetinin 25.01.2007-ci il tarixli, 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli
əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının
layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”na uyğun tərtib edilməmişdir.
Yol-nəqliyyat hadisələrinin artması şəraitində təqdim edilmiş məlumatlara əsasən yol təsərrüfatına dəymiş maddi ziyanın məbləği 2024-cü ildə 890,7 min manat, ziyan üzrə daxil olan məbləğ isə 457,4 min manat və ya 51,34% olmuşdur. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərinə, məhkəməyə və Baş Dövlət Yol Polisi İdarəsinə müraciətlər edilsə də, ziyanın tam olaraq ödənilməsinə hal-hazıradək nail olunmamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında 31.03.2005-ci il tarixli, 59 nömrəli Qərarına, Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında 05.01.2005-ci il tarixli, 1 nömrəli Qərarına və Azərbaycan
Respublikasının ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının
istismarı üzrə müvəqqəti xərc normativlərinin təsdiq edilməsi haqqında 17.01.2006-cı il tarixli,
12 nömrəli Qərarına uyğun olaraq avtomobil yollarının texniki dərəcələr üzrə təsnifatı və
müvafiq idarələrə (tabeli hüquqi şəxslərə) təhkim olunması Agentlik tərəfindən
rəsmiləşdirilməmişdir. Agentliyin tabeliyindəki bəzi MMC-lər tərəfindən xidmət etdikləri
avtomobil yollarının, yol qurğularının və istehsalat bazalarının yeri göstərilməklə situasiya
planının (xəritəsinin) hazırlanması da təmin edilməmişdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının
15.11.2005-ci il tarixli, 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu
vəzifələrinin Tarif-İxtisas Sorğu Kitabçası (VTİSK)”nın tələbləri nəzərə alınmamışdır. Belə ki,
VTİSK-də MMC rəhbərlərin və baş mütəxəssislərin əməyinin ödəniş dərəcələri həmin
müəssisənin və ya onun struktur bölməsinin qrupundan asılı olaraq müəyyənləşdirilməli olduğu
halda, Agentliyin müəssisə, idarə və təşkilatların rəhbərlərinin əməyin ödəniş qrupuna aid
edilmə göstəriciləri həmin müəssisənin yuxarı təşkilatı tərəfindən müəyyənləşdirilməmişdir.
Ödəniş dərəcələri və ona uyğun vəzifə maaşları müəssisələrin qrupu müəyyən edilmədən təyin
edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27.12.2024-cü il tarixli, 429 nömrəli Sərəncamı ilə DÖVLƏT AUDİTİNİN XÜLASƏLƏRİ 2026, № 1
“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun müstəqil mədaxil mənbələrinin sayının
azaldılması (3-ə endirilməsi (1. Yol vergisi, 2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin
icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin
pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr, 3. Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi
gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr) ilə yanaşı “Avtomobil
nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər
haqqında” 19.09.2025-ci il tarixli, 497 nömrəli Fərmanı ilə “İctimai nəqliyyat” Məqsədli Büdcə
Fondu yaradılmış və “avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol
vergisinin Fonda köçürülən hissəsi” həmin fondun mədaxil mənbələrinin sırasında yer almışdır.
Nəticə etibarı ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunda qalan 3 müstəqil mədaxil mənbələrindən 1-i digər Fondun da mədaxil mənbəyi sırasında yer almış, Fondun mövcudluğunun metodoloji aktuallığı ilə bağlı suallar yaranmışdır.
Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası analitik fəaliyyətin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun zəruri tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara zəruri sənəd və məlumatların göndərilməsi barədə qərar qəbul etmişdir”.(Gununsesi.info)
