“Yayınmağa çalışdım, hətta pasportumun olmadığını uydurdum”
Gündəm / Mədəniyyət
Bu gün, 15:15
12
Rusiyalı məşhur müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçova ilə toyun onun üçün gözlənilməz olduğunu söyləyib.
Bu barədə “StarHit” nəşri məlumat yayıb.
O, Puqaçova ilə nikaha “Oktyabrski” konsert zalının direktoru Emma Lavrinoviçin vəsilə olduğunu bildirib.
Belə ki, Kirkorov 1994-cü ilin aprelində konsertdən sonra Puqaçova, dostları və Sankt-Peterburqun o vaxtkı meri Anatoli Sobçak ilə birlikdə olduqları zaman bu qərara gəldiklərini iddia edib:
“Məlum oldu ki, ənənəvi olaraq şəhər meri ildə bir dəfə hər hansı cütlüyü evləndirməlidir. O zaman Lavrinoviç mənə Sankt-Peterburqa olan sevgim və bir gün məhz bu şəhərdə evlənmək arzusunda olduğumla bağlı sözlərimi xatırlatdı. Emma Vasilyevna dedi ki, sözünə əməl etməyin vaxtıdır”.
Məşhur müğənni bu təklifdən yayınmağa çalışdığını, bunun üçün hətta pasportunun olmadığını uydurduğunu söyləyib.
“Amma Anatoli Sobçak artıq növbəti gün pasport məsələsini həll etdi”, - o deyib.
Buna baxmayaraq, Kirkorov Puqaçova ilə nikahının ilk 10 ilinin xoşbəxt keçdiyini, sonra isə hər şeyin alt-üst olduğunu bildirib:
“Çox gözəl vaxtlar idi. Kim nə deyirsə desin, onu minnətdarlıqla xatırlayıram. Qalan hər şey isə həyatdır, kimininki gətirir, kimininki isə gətirmir”.
Xatırladaq ki, Alla Puqaçova və Filipp Kirkorov 1994-2005-ci illərdə evli olublar. Boşandıqdan sonra Puqaçova televiziya aparıcısı Maksim Qalkinlə ailə qurub. Cütlük 2022-ci ildə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına etiraz edərək ölkəni tərk edib.
