AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?

Gündəm / Sosial
Bu gün, 11:48 10

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) bu ilin mayında qərar qəbul edib. Anaxeber.info.az-ın verdiyi məlumata görə, qərara əsasən, göndərişi bundan sonra yalnız işləyənlərin özünə şamil edəcək. Yəni həmin şəxsin ailə üzvlərinə heç bir güzəşt nəzərdə tutulmur. Halbuki əvvəllər ailə üzvünə və ümumiyyətlə 15 faiz güzəşt olunur, 18 yaşa qədər uşaqlara pulsuz göndəriş verilirdi. AHİK sədri Sahib Məmmədov qərara gəlib ki, göndəriş yalnız bir nəfərə aid olmalıdır, yerdə qalanlar isə kurort mərkəzində tam ödəniş etməlidirlər. Daha dəqiq desək, həm həyat yoldaşı, həm də 12 yaşdan yuxarı uşaqlar üçün tam ödəniş olunmalıdır. Hərçənd bu ilə qədər belə deyildi. İndi yalnız 12 yaşadək yalnız ailədən olan iki uşaqa ödənişsiz “putyovka” nəzərdə tutulub.
Bu qərar mətbuatda və sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub. Qərarı vətəndaşların yükünü artırmaq kimi qiymətləndiriblər.
bu yanaşma qanunvericiliyə qarşı çıxmaq, 18 yaşa çatmamış şəxsləri işləməyə məcbur etməkdir. Necə ola bilər ki, 12 yaşdan yuxarı uşaq, icbari təhsil alan yeniyetmə bu güzəştli göndərişlərdən məhrum edilsin? Məgər o yaşda uşaqlar işləyirlər ki, AHİK onlar istisna edir? Onsuzda dövlətdən az məvacib alan valideyin iki övladı üçün yüz faizli ödənişi necə etsin? Axı onlar da məktəblidirlər.
Bu qərar kütləvi narazılıq doğudub. Yay tətilinin və məzuniyyətin yaxınlaşdığı bir dövrdə verilən qərar vətəndaşların üzərinə əlavə xərc qoymaqdır. Halbuki dövlətin imkanı ailə üzvlərinə putyovka verməyə çatır. Eyni zamanda, 12 yaşdan yuxarı uşaqların göndərişdən məhrum edilməsi onlarən hüquqlarını pozmaq.
Prezidentə müraciətdə deyilir ki, Sahib Məmmədov və AHİK heç bir məntiqlə uzlaşmayan qərar qəbul edib. Əvvəla, il ərzində AHİK xəzinəsinə axan maliyyə əvvəlki qaydalarla, yəni ailənin bütün üzvlərinə güzəşt olmaqla göndəriş verilməsini ehtiva edir. Yəni həmkarlara maaşlardan tutulan pullar və s. hesabına böyük vəsait daxil olur. Bu da imkanların olduğunu deməyə əsas verir. İkincisi, icbari təhsil alan 12 yaşdan yuxarı uşaqlar üçün kurort bölgəsində bütün pulun ödənilməsini ailənin boynuna qoymaq qanunlara tüpürməkdir. Eyni zamanda, 15 faizlik güzəştin tamamilə göstərilən qaydada ləğvi özbaşına bir qərardır.(Anaxeber.info.az)