Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Gündəm / Sosial
Bu gün, 17:39 9
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB


Azərbaycanda bəzi bölgələrdə iyunun 30-u və iyulun 1-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən, Gədəbəy, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Yardımlı, Lerik, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

***

Azərbaycanın rayonlarında iyunun 30-u gündüzdən iyulun 1-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.