29 600 manatlıq maliyyə pozuntusu, qanunsuz şagird köçürmələri və iki əmr kitabındakı gizlinlər
Gündəm / Sosial
Bu gün, 12:54
6
Cəlilabad təhsili ilə bağlı daha bir maraqlı məlumat yayılıb.
Belə ki, rayonun Xəllilli kənd məktəbində baş vermiş qanunsuz əməllər məktəbin müəllimi Razi Hüseynovun müraciəti əsasında aparılan yoxlamalar zamanı üzə çıxıb.Bu barədə o özü məlumat verib.
Razi Hüseynovun sözlərinə görə açılmış cinayət işi üzrə aparılan araşdırma zamanı məktəbdə 29 600 manat məbləğində maliyyə pozuntusu, eləcə də bir sıra digər qanunsuzluqlar müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, məktəbin 11-ci sinfinə digər rayonlardan qanunsuz şəkildə şagird köçürmələri həyata keçirilib.
Ən diqqətçəkən məqamlardan biri isə həmin şagirdlərin adlarının məktəb jurnalına tədris ilinin sonunda – iyunun 5-də daxil edilməsi olub.
Araşdırmalar zamanı verdikləri ifadələrdə məktəbin sinif rəhbəri, eləcə də digər müəllimlər həmin şagirdləri tanımadıqlarını bildiriblər.
Razi Hüseynovun sözlərinə görə, məktəbin direktoru Rövşən Abdullayev də ifadəsində həmin şagirdlərin qanunsuz olaraq imtahana buraxılması ilə bağlı rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalovdan göstəriş aldığını bildirib.
Rövşən Abdullayevin ifadəsində deyilir:
“Dərsə gəlməmiş 3 nəfər şagirdin imtahana buraxılıb-buraxılmaması barədə nə etməli olduğumu soruşduqda rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalov həmin şagirdlərin imtahana buraxılması ilə bağlı əmr verilməsini bildirmişdi.”
Razi Hüseynov bildirir ki, aparılan araşdırmalar zamanı həmin şagirdlərin attestat alması üçün şərait yaradılması müqabilində 3 000 manat pul alındığı da müəyyən edilib.
Onun sözlərinə görə, bütün bu qanunsuzluqların sənədləşdirilməsi üçün məktəbdə iki ayrı əmr kitabı tərtib olunub.
Razi Hüseynovun verdiyi məlumata əsasən, yoxlamalar zamanı məktəbdə faktiki mövcud olan şagird sayı ilə əmr kitabında göstərilən şagird sayının uyğun gəlmədiyi də müəyyən edilib. Bu uyğunsuzluqlar aparılan araşdırma zamanı işin əsl mahiyyətinin ortaya çıxmasına səbəb olub.
Razi Hüseynovun müraciəti əsasında rayon prokurorluğunda məsələ ilə bağlı cinayət işi başlanıb.
Prokurorluğun iş üzrə qəbul etdiyi qərarda bəraətverici əsaslar olmadan ittiham olunan şəxslər barəsində müvafiq tədbirlərin görülməsi bildirilib.Amma prokurorluğun bu qərarının aidiyyəti qurumlar tərəfindən icrası zamanı da saxtakarlığa yol verildiyini deyir,
Qərarın icrası zamanı hansı saxtarlıqlara yol verildiyi və bu prosesdə hansı halların baş verdiyi barədə isə növbəti bölümdə danışacağıq.
R. Hüseynov
Mınbə: Cəlilabad Media Qrupu(FB səhifəsi)
https://www.facebook.com/share/p/1EyEeDEq8r/
