Əfqanıstana oxşasa da, bura Yeni Günəşlidir – sakinlərdən sərt narazılıq

Gündəm / Sosial
Bu gün, 18:07 7

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində sakinlərin yerli infrastruktur və yollarla bağlı narazılığı artır

Sakinlərin sözlərinə görə, ərazidə yolların və infrastrukturun vəziyyəti uzun müddətdir onları ciddi narahat edir. Qəsəbədə problemlərin həlli istiqamətində kifayət qədər iş görülmür.
Sakinlərin iddiasına görə, ərazidə yeni binaların , şəxsi evcərin, obyektlərin tikintisi üçün torpaq sahələri ayrılır, lakin mövcud infrastrukturun vəziyyəti nəzərə alınmır. Narazı sakinlər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin və ərazidən deputat seçilən Qaya Məmmədovun problemlərlə ümumiyytətlə maraqlanmadığını iddia edirlər.

“Bütün sakinlər bezib. Nə yollar düzəldilir, nə də infrastruktur qaydaya salınır. Hər gün bir ərazi satılır, bina tikilir. Amma Yeni Günəşlinin mövcud problemləri ilə maraqlanan yoxdur”, – sakinlər bildiriblər.
Sakinlər yaranmış problemlərlə bağlı Prezident Administrasiyasına müraciət etməyi düşündüklərini də qeyd ediblər. Yeni Günəşli sakinləri aidiyyəti qurumlardan qəsəbədəki problemlərin həllinə diqqət yetirilməsini tələb edirlər.

Bizimesr.media