"Ferrum Kapital" Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO

Gündəm / Sosial
Bu gün, 18:31 8

"Ferrum Kapital”ın əməkdaşı Vətən müharibəsi iştirakçısına telefon zəngi edərək onu təhqir edib.

Bu barədə Komersant.az-a İsa Cəfərov məlumat verib.

Vətəndaş iddia edir ki, sözügedən BOKT-nin əməkdaşı ona dəfələrlə zəng edərək ağır söyüşlərlə təhqir edib. "Mənim "Ferrum Kapital”a borcum yoxdur, zəng edən şəxsi də tanımıram. Mənə zəng edən şəxsə dəfələrlə "Səhv düşmüsünüz” desəm də, BOKT-nin əməkdaşı inanmayıb və yenidən zənglər etməyə davam edib. Aramızda yaranan mübahisə zamanı özünü təqdim etməyən BOKT əməkdaşı mənim ailə üzvlərimi ağır söyüşlərlə təhqir etməyə başlayıb.

Məsələ ilə bağlı "Ferrum Kapital”a dəfələrlə zəng etdim. Özünü problemli şöbənin müdiri kimi təqdim edən Nail Talıbova məsələni danışdım. O da səs yazılarına qulaq asıb mənə geri zəng etdi. "Bağışlayın, üzrlü sayın. Əməkdaşımız səhv edib”, – deyə bildirdi. Əməkdaşının ad və soyadını təqdim etməkdən boyun qaçıran N. Talıbov məni ofislərinə dəvət etsə də, razılaşmadım”, – deyə İ. Cəfərov bildirib.

Qeyd edək ki, İsa Cəfərov Vətən müharibəsi iştirakçısıdır və 4 dəfə təltif olunub. O, Zəngilanın azad olunmasına görə Prezident İlham Əliyev, Vətən müharibəsində iştirakına görə isə Baş nazir Əli Əsədov tərəfindən təltif edilib.

Komersant.az