Ramil Nəbiyevdən böyük nailiyyət: Təhsilini ABŞ-da davam etdirəcək!
Gündəm / Sosial
5-10-2026, 11:46
9

Gənc hüquqşünasımız Ramil Nəbiyevdən qürurverici böyük uğur: Təhsilini ABŞ-nin dünyaca məşhur Berkli Kaliforniya Universitetində davam etdirəcək!
Azərbaycan gəncliyinin intellektual potensialı və elm sahəsindəki ardıcıl nailiyyətləri hər birimizi qürurlandırmaqda devam edir. Növbəti böyük zəfər və fəxarət dolu xəbər təhsilimizin aparıcı ocağı olan Bakı Dövlət Universitetindən gəlib.
BDU-nun Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə parlaq məzunu Ramil Oqtay oğlu Nəbiyev bilik, zəhmət və əzmkarlığının bəhrəsi olaraq növbəti möhtəşəm pilləyə qədəm qoyub. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın qalibi adını qazanıb.
Ramil Nəbiyev magistratura təhsilini dünya təhsil elitasının ən ön cərgəsində yer alan — 2027-ci il üzrə QS Dünya Universitetləri reytinqində 15-ci sırada qərarlaşan ABŞ-nin məşhur Berkli Kaliforniya Universitetində (University of California, Berkeley) “Hüquq” ixtisası üzrə davam etdirmək hüququ əldə edib.
Zəhmətlə yazılan uğur yolu:
Ramilin bu yüksək nailiyyəti təsadüfi olmayıb, illərlə göstərdiyi fasiləsiz zəhmətin və yüksək məqsədyönlülüyün məntiqi nəticəsidir:
2022-ci il: Ali məktəblərə keçirilən gərgin qəbul imtahanlarında 624.8 kimi yüksək bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur.
Bakalavr pilləsi: BDU-da təhsil aldığı illər ərzində yüksək akademik göstəriciləri ilə fərqlənmiş və bakalavr dərəcəsini 95.43 ÜOMG (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) kimi qabaqcıl nəticə ilə başa vurmuşdur.
Beynəlxalq dil biliyi: Ingilis dilinin beynəlxalq standartlaşdırma imtahanı olan IELTS testindən 8.0 kimi nadir və yüksək bal toplayaraq öz mükəmməl dil biliyini və akademik hazırlığını sübut etmişdir.
Ramil Nəbiyevin dünya miqyaslı bu ali təhsil ocağına qəbul olunması təkcə onun özünün və ailəsinin deyil, bütövlükdə Azərbaycan gəncliyinin böyük qələbəsidir. Zəkası, analitik təfəkkürü və hüquq elminə dərindən bələdliyi ilə hər kəsin rəğbətini qazanan gənc hüquqşünasımız beynəlxalq aləmdə də ölkəmizin adını layiqincə təmsil etməyə hazırdır.
Gənc eloğlumuzu qazandığı bu muazzam uğurlar münasibəti ilə ürəkdən təbrik edir, okean o tayında — Birləşmiş Ştatlarda keçəcək təhsil illərində ona yeni-yeni zəfərlər, tükənməz enerji və parlaq nailiyyətlər arzulayırıq!
İnanırıq ki, Ramil Nəbiyev öz dərin bilikləri və qazandığı təcrübə ilə doğmalarını, valideynlərini sevindirməyə davam edəcək, doğulub boya-başa çatdığı torpağın adına şöhrət gətirəcək və harada olmasından asılı olmayaraq müstəqil Azərbaycanımızın şərəfini, bayrağını hər zaman uca tutacaqdır.
Yolun açıq, uğurların daimi olsun, Ramil!