Qaradağda sakinlərin narazılığı böyüyür – Video
Gündəm / Sosial
Bu gün, 17:48
14
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May, Nəriman Nərimanov və Dadaş Bünyadzadə küçələrinin kəsişməsində aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, sözügedən ərazidə əvvəllər ağaclar olub.Tikinti başladığı ərəfədə ağaclar hamısı gecə ilə məhv edilərək kəsilib. Sakinlər bildirib ki, ərazidə 13 mərtəbəli, birinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulan bina tikilir. Sakinlər iddia edirlər ki, tikinti işləri zamanı heç təhlükəsizlik qaydalarına da lazımi səviyyədə əməl olunmur. Onların sözlərinə görə, ərazidə tikinti aparılsa da, təhlükəsizlik tədbirlərinin təşkil edilmir. Sakinlərin iddiasına əsasən, Natiq Əliyev rayona icra başçısı təyin ediləndən sonra bu cür tikililərin sayı artıb. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini tələb edir. VİDEO LİNKDƏ: https://tribuna.az/qaradagda-sakinlerin-naraziligi-boyuyur-video/
