Qanuni oğrular arasında dava - Vitali Tiflisski həbs olundu

Hadisə
27-11-2023, 22:54 1 063
Qanuni oğrular arasında dava - Vitali Tiflisski həbs olundu

Ermənistan İstintaq Komitəsi (İK) İrəvanda baş verən “razborka”dan sonra qanuni oğru “Vitali Tbilisski”nin həbs edildiyini açıqlayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, noyabrın 17-də İrəvanda qanuni oğrular V.A.(Vitali Tbilisski kimi tanınır) və A.M.(Arsen Yerevanski kimi tanınır) arasında onların tərəfdarlarının da iştirak etdiyi dava baş verib. Noyabrın 21-də İstintaq Komitəsi “Arsen Yerevanski” və onun 11 tərəfdarının saxlanması barədə məlumat yayıb.

Daha sonra polis bildirib ki, V.A. noyabrın 22-də İrəvan-Sevan yolunda “Toyota” markalı avtomobildə tapılaraq saxlanılıb. İstintaq Komitəsinin məlumatına görə, Vitali Tbilisskinin üzərinə baxış zamanı xüsusilə külli miqdarda metamfetamin, avtomobildə isə 2 tapança və 16 patron aşkar edilib. V.A.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq), 335-ci (odlu silah və döyüş sursatının qanunsuz dövriyyəsi) və 396-cı (satış məqsədi olmadan narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Saxlanılan şəxs qanuni oğru M. Ş. ilə birlikdə Ermənistan Cinayət Məcəlləsinin 297 və 335-ci maddələri ilə ittiham olunub. İstintaq onların həbsi üçün məhkəməyə vəsatət təqdim edib. “Vitali Tiflisski” ilə bağlı vəsatət təmin edilib. Məhkəmə M. Ş. barəsində həbs-qətimkan tədbiri seçilərək ev dustaqlığı seçilib.