Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
Hadisə
Bu gün, 09:25
10
Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb.
Hərəkətdə olan yük maşını “QAZ-2410” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu ölüblər.
Faktla bağlı araşdırma aparılır.