Azərbaycan yığması yenə uduzdu

İdman
29-03-2022, 19:40 133


Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Canni de Byazinin yetirmələri Maltada təşkil olunan təlim-məşq toplanışında ikinci matçına çıxıb.

Yığmamız Latviya ilə görüşüb. Qarşılaşma Ta Qalidəki Milli stadionda baş tutub. Görüşdə Latviya millisi 1:0 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, yığmamız martın 25-də Malta ilə yoldaşlıq oyununda 0:1 hesabı ilə uduzub.