Hacı Əliyev Avropa çempionatında mübarizəyə başlayır
İdman
17-04-2023, 09:39
170
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürəcək. “Qafqazinfo” xəbər verir ki, qitə birinciliyində Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Əliabbas Rzazadə 57 kq çəkidə 1/4 final mərhələsində Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.
65 kq-da yarışan Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) görüşündə üstün olan tərəflə güləşəcək.
3 qat Avropa çempionu, 70 kq çəkidə mübarizə aparan Hacı Əliyev isə təsnifat mərhələsində italiyalı Canluka Talamo ilə görüşəcək.
79 kq-dakı Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.