Bakıda keçiriləcək UFC yarışına bilet satışı başladı

İdman
25-04-2025, 11:15 620

Azərbaycanda ilk dəfə keçiriləcək UFC (Ultimate Fighting Championship) döyüş gecəsi üçün biletlərin satışına başlanılıb.

Biletləri iTicket.az saytından əldə etmək mümkündür.

Qeyd edək ki, UFC-nin 700 milyondan çox azarkeşi və 300 milyona yaxın sosial media izləyicisi var. Turnirlər 170-dən artıq ölkədə yayımlanır və hər il təxminən bir milyard evi əhatə edir.