Piyadanı öldürdü, maşını aşırıb qaçdı

Iqtisadiyyat
21-07-2022, 13:22 223


Beyləqan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 21-də saat 1 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Kənan Mehdixanlını vurub və sonra avtomobili aşıraraq hadisə yerini tərk edib. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.