“Məhv edilmiş dələcək” filmi çəkilişləri başlanıb

Ölkə
9-08-2023, 19:30 103

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi kiçik qrand müsabiqəsində qalib təşkilatlardan biridə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Qarabağda ermənilər tərəfindən girov götürülmüş gənc qızlarımızın naməlum taleyi haqda "Məhv edilmiş gələcək" filminin çəkilməsi və dünyaya yayılması” adlı layihənin icrası məqsədi ilə çəkilıməli olan “Məhv edilmiş gələcək” filminin çəkilişləri başlanıldı. Filmində 1992-93-cü illər ərzində girov götürülmüş azyaşlı, yeniyetmə, gənc qızlarımız haqda onların yaxınları məlumat verəcək. Filmdə Sumqayıt və Şəki şəhırində məskunlaşmış Qarabağın işğalı zamanı məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş Azərbaycan türklərindan bəhs ediləcək. Artıq filmin çəkilişləri üçün zaman ayarlanıb, müsahibə veriləcək insanlarla danışıqlar aparılıb. Yaxın günlərdə çəkilişlər başlanacaq.
Layihənin icrası ərəfəsində filmin təqdimat tədbiri keçiriləcək, filmə aid disklər çoxaldılaraq tədbir iştirakçılarına paylanılacaqdır. Filmin təqdimat tədbiri Müdafiə Nazirliyinin N saylı hərbi hissələrində keçiriləcəkdir.

Layihə rəhbəri MVQSYİB-nin sədriRadə Abbas