Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Seçilmişlər
15-02-2022, 18:44 68
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4687 yeni yoluxma faktı qeydə alınıb, 6506 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Xatırladaq ki, 14 Fevral 2022-ci il tarixində 2749 yoluxma faktı və 27 ölüm qeydə alındığı açıqlanmışdı. 09 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7779) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 71434 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3052, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2052, buster doza üzrə vaksinasiya olunanların sayı isə 66330 nəfərdir.