Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, dəyərli həkim-terapevt Elnarə Cəfərova artıq 3 ildir ki, böyük məsuliyyət və peşəkarlıqla həmin şöbəyə rəhbərlik edir

Sosial
Bu gün, 21:19 20


Onun savadı, xəstələrə diqqəti və peşəsinə olan sevgisi nəticəsində nəinki Biləsuvar rayon sakinləri, hətta digər bölgələrdən olan insanlar da müayinə və müalicə üçün məhz ona üz tuturlar. Hər bir xəstəyə həssas yanaşması, düzgün diaqnoz və müalicə prinsipləri insanlarda böyük inam formalaşdırıb.
Biz də bütün bunların canlı şahidi olmuşuq. Bu yaxınlarda yaxın qohumlarımızdan birinin səhhətində ciddi problem yarandığı üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Məhz həmin vaxt Elnarə xanımın yüksək səviyyəli həkimlik bacarığının, peşəkarlığının və xəstəyə göstərdiyi xüsusi diqqətin şahidi olduq. Onun operativ yanaşması, məsuliyyəti və insanlara qayğı ilə münasibəti bizdə çox böyük təəssürat yaratdı.
Elnarə xanım yalnız savadlı həkim deyil, eyni zamanda yüksək mədəniyyəti və xoş ünsiyyəti ilə insanların rəğbətini qazanan gözəl bir insandır. Vətəndaşlarla mehriban münasibəti, qayğıkeşliyi və insanlara verdiyi dəyər onu hər kəsin sevimlisinə çevirib.
Belə peşəkar və vicdanlı həkimlərin olması cəmiyyətimiz üçün böyük qürur mənbəyidir. Elnarə xanıma gələcək fəaliyyətində uğurlar, möhkəm can sağlığı arzulayırıq. Eyni zamanda onun bir oğul və bir qız övladının daim sağlam, xoşbəxt və uğurlu böyüməsini diləyirik. Allah ailəsini və doğmalarını hər zaman qorusun.
Sonda isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Asəf Məmmədov başda olmaqla, xəstəxananın bütün kollektivinə insan sağlamlığı naminə göstərdikləri xidmətə görə təşəkkürümüzü bildiririk. Belə savadlı və peşəkar kollektivin formalaşması hər bir vətəndaş üçün qürurvericidir.