Qarabağ Universiteti torpaqların əsl sahibinin kimə məxsus olduğunu bütün dünyaya bir daha sübut etdi-Qht sədri
Təhsil
29-11-2023, 18:19
5 549
"Böyük Qayıdış" dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin evlərlə, həmçinin işlə və bunlara paralel olaraq onların təhsil almaq hüququnun təmin edilməsinə ciddi fikir verilir.
44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədən sonra əsas məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə universitetlərin, müxtəlif təhsil ocaqlarının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur.
Azərbaycan işğal dövründə dağıdılmış maddi-mədəni irsi, tarixi abidələri, təhsil ocaqlarını və yaşayış yerlərini bərpa etməklə bu torpaqların əsl sahibinin kimə məxsus olduğunu bütün dünyaya bir daha sübut edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də imzaladığı Sərəncama əsasən, Xankəndidə Qarabağ Universiteti yaradılacaq. Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Etibar Məmmədov
Mədəniyyətin və Milli Ənənələrin Təbliği ictimai birliyinin sədri